Şərt və müddəalar
Bu şərt və müddəalar, MBC agenti, tərəfdaşı, ödəniş agenti kimi sizə tətbiq olunan əlavə şərtlərlə birlikdə “Biznes Şərtləri” adlandırılacaq və sizinlə MBC (bundan sonra "MBC", "biz" , "bizə/bizi", "bizim" adlandırılacaq) arasında tam razılaşmanı təşkil edir. Agent, tərəfdaş, ödəniş agentimiz olmaqla siz Biznes Şərtlərini qəbul etmiş olursunuzDavranış kodeksi
- ÜmumiPrinsiplərimizə riayət etmək istəmədiyiniz və ya bunu etmək iqtidarında olmadığınız hallarda, biz işgüzar münasibətlərimizdən imtina etmək hüququmuzu həyata keçirik.
- Normativ-hüquqi tələblərə əməletməFəaliyyət göstərdiyiniz ölkələrdə hər hansı müvafiq qanun, qayda və normativ-hüquqi tələblərə əməl etdiyinizə görə məsuliyyəti siz daşıyırsınız. Bunlara xüsusən də reklam, məlumatların mühafizəsi, məxfilik və sosial məsuliyyətlə bağlı qanunlar daxildir.
- Oyuna məsuliyyətli yanaşmaSiz müştərilərə xidmətlərimizə aid olan riskləri aydın şəkildə anlamağa kömək edəcəksiniz. Siz müştərilərə uduşa heç vaxt zəmanət verilmədiyini, qumar oyununun asılılıq yaratdığını və onların borc aldıqları vəsaitlə deyil, yalnız itirə biləcəkləri vəsaiti göz önünə alaraq qumar oyunu oynamalı olduğunu izah edəcəksiniz. Onlar uduşlarına limit qoymalı və yorğun olduqda, yaxud spirtli içkilərin və ya dərmanların təsiri altında olduqda heç vaxt qumar oynamamalıdırlar.
- ŞəffaflıqRəqəmsal seçimlərin hər hansı təsviri və ya müştərilər üçün təqdim etdiyiniz məhsul və xidmətlərimizin digər təsvirləri ətraflı, dürüst, aydın şəkildə verilməli və yanıldıcı olmamalıdır.
- Rüşvət qadağandırSiz hər hansı bir formada (o cümlədən maddi fayda və/və ya maliyyə ödənişləri) rüşvət verməməli və ya qəbul etməməlisiniz. Bu rüşvət qadağasına dövlət məmurlarına və/və ya özəl sektorda məsul vəzifələrdə çalışan şəxslərə rüşvət təklif etmək və ya onlardan rüşvət almaq daxildir.
- Çirkli pulların yuyulmasına qarşı mübarizə6.1 Biz məhsullarımız və ya ödəniş vasitələrimizin çirkli pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə və ya hər hansı digər cinayət əməlinə yardım etmək üçün istifadə olunmasına icazə vermirik.6.2 Müştərinin vicdansız yolla əldə edilmiş puldan istifadə etdiyindən şübhələndiyiniz təqdirdə, mümkün qədər tez zamanda bizə bu barədə məlumat verməlisiniz. Belə hallarda biz müştərinin statusu və keçmişi ilə bağlı yoxlamalar aparmağa qərar verə bilərik.6.3 Sizdən bunu etməyi tələb etsək, siz müştəriləriniz üzərində "Öz Müştərini Tanı" (KYC) yoxlamaları aparacaqsınız.
- Maraqların toqquşması7.1 Maraqların toqquşmasına yol verməməlisiniz. Məsələn, siz birbaşa və ya dolayı şəkildə bizimlə rəqabət aparmamalı və ya bizimlə əlaqəniz nəticəsində əldə etdiyiniz biliklərdən başqasının bizimlə rəqabət aparmasına kömək etmək məqsədilə istifadə etməməlisiniz.7.2 Əgər işinizin gedişatında maraqların faktiki və ya potensial toqquşması baş verərsə, bu barədə ən qısa zamanda bizə məlumat verməlisiniz.
- Kitablar və qeydlərSiz biznes əməliyyatlarınızı əks etdirən bütün qeydləri dəqiq və tələb olunduğu kimi təfərrüatlı şəkildə apardığınızdan əmin olmalısınız.
Bizimlə yazışmalar
- Hər hansı ümumi məsələlərlə bağlı mesajlarınızı [email protected] ünvanına göndərə bilərsiniz.
- Şərtlərə uyğun olaraq göndərmək istədiyiniz hər hansı bildiriş və ya bildirmək istədiyiniz hər hansı şikayət yazılı şəkildə təqdim olunmalı və [email protected] e-poçt ünvanına, habelə yuxarıdakı müddəada qeyd olunan e-poçt ünvanına göndərilməlidir.
- E-məktubun uğurla qəbul olunmasından sonra ona mütləq şəkildə və lazımi qaydada baxılacaq. E-məktub qeyri-iş günündə göndərilərsə, o, növbəti iş günündə (bazar ertəsindən cümə gününə qədər UTC+8) qəbul edilmiş hesab edilir.
- Sizə göndərdiyimiz hər hansı e-məktubu ala bildiyinizdən əmin olmaq sizin məsuliyyətinizdir.
Marketinq və reklam
- Siz həyata keçirdiyiniz hər hansı marketinq, reklam və promo-aksiya fəaliyyətləri ilə 18 yaşı tamam olmamış hər hansı müştərini hədəf almamalısınız
- Siz fəaliyyət göstərdiyiniz və ya biznesi hədəflədiyiniz yurisdiksiyaların hər hansı birində hər hansı tənzimləyici orqanın, dövlət qurumunun və ya hüquq mühafizə orqanlarının səlahiyyətləri çərçivəsində tətbiq olunan marketinq, reklam və promo-aksiya fəaliyyətləri ilə bağlı hər hansı qanunları, qaydaları, hüquqi-normativ aktları və ya qüvvədə olan hüquq və normaları pozan marketinq, reklam və promo-aksiya fəaliyyəti işləyib hazırlamamalı və həyata keçirməməlisiniz.
- Siz domenlərimizi təqlid etməməli və ya hər hansı bir axtarış mexanizmində, portalda, sponsorlu reklam xidmətində və ya "MBC" sözünü yaxud onun hər hansı variantını ehtiva edən əmtəə nişanlarımız və ya ticarət adlarımızla eyni və ya oxşar olan digər axtarış, yaxud yönləndirmə xidmətlərində istifadə üçün hər hansı açar sözlər, axtarış terminləri və ya digər identifikatorlar təklif etməməli, satın almamalı və ya qeydiyyatdan keçirməməlisiniz.
- Reklam, fişinq və ya ziyankar proqramların (“Spam”) yayılması məqsədilə internet vasitəsilə çoxlu sayda istifadəçilərə göndərilən hər hansı aidiyyəti olmayan və ya arzuolunmaz mesajların yayılmasına icazə vermirik. Hər hansı bir Spam formasını işə salsanız, yaratsanız, göndərsəniz və ya başqa şəkildə yaysanız, hesabınız nəzarətə götürülə bilər və hesabınız araşdırılana qədər sizə aid olan bütün vəsaitlər tutula bilər.
Hesabın idarəolunması
- Hesabın açılması və qorunub saxlanılması. MBC hesabını açmaq üçün siz aşağıdakı şərtlərin hamısına cavab verməlisiniz:1.1 Siz Şərtləri tam şəkildə oxumalı və Şərtləri başa düşməlisiniz.1.2 Siz başqa şəxs üçün və ya başqa birinin adından deyil, öz mənfəətiniz üçün çalışmalısınız.1.3 18 yaşınız tamam olmalıdır.
- Hesabın bağlanması2.1 Hesabınızı özünüz bağlaya və ya onu bağlamağı bizdən xahiş edə bilərsiniz. Bununla belə, hər hansı açıq biznes mövqeləriniz yoxdursa və tələb olunan "Öz müştərini tanı" prosedurlarına əməl etmisinizsə, hesabınızı bağlaya və gözlənilən vəsaiti çıxara bilərsiniz.2.2 Bu Şərtlərə əməl etməsəniz, hesabınızı bağlaya və lazım gələrsə, orada yığılan hər hansı vəsaiti tuta bilərik.2.3 Təhqiramiz dildən istifadə də daxil olmaqla, özünüzü qeyri-münasib apardığınızı müəyyən etsək, hesabınızı məhdudlaşdırmaq və ya bağlamaq hüququmuzu həyata keçiririk.
Öz müştərini tanı
- Ümumi1.1 Həqiqi hesabı qeydiyyatdan keçirdiyiniz zaman yaşınızı təsdiqləmək üçün şəxsiyyət vəsiqənizi və hesabınızın autentifikasiyası üçün ünvanınızın sübutunu təqdim etməlisiniz.1.2 Biz öz mülahizəmizə əsasən və ya qanunla tələb olunduğu təqdirdə, müvafiq "Öz müştərini tanı" prosedurlarını həyata keçirə bilərik, bunun üçün siz tam qeydiyyatdan keçməli və şəxsiyyətinizi, ünvanınızı və maliyyə vəsaitlərinizi sübut etmək üçün bizə müəyyən sənədlər təqdim etməlisiniz.1.3 Qeydiyyat zamanı S.A.A, ünvan, doğum tarixi, doğulduğunuz yer, yaşadığınız ölkə, əlaqə nömrənizi və e-poçt ünvanınızı təqdim etməli ola bilərsiniz.1.4 Hesabınızı tənzimləyən müvafiq qanunlardan asılı olaraq, tələb edəcəyimiz "Öz müştərini tanı" sənədləri aşağıdakıları əhatə edə bilər, lakin bunlarla məhdudlaşmır:1.5 Şəxsiyyətin sübutu: yerli orqanlar tərəfindən təqdim olunan şəxsiyyət vəsiqəsi, pasport və ya sürücülük vəsiqəniz kimi şəxsiyyəti təsdiq edən sənədin açıq rəngli surəti1.6 Ünvan sübutu: ünvanınızı özündə əks etdirən rəsmi sənəd, məsələn, bank çıxarışınız, icarə müqaviləniz və ya kommunal xidmətlərə görə etdiyiniz ödəniş qəbzləri1.7 Sərvət sübutu: maliyyə vəsaitləri mənbəyinizi göstərən rəsmi sənəd, məsələn, əmək haqqı və ya bank çıxarışınız.1.8 Siz kimliyinizlə bağlı qənaətbəxş məlumat, şəxsiyyət və ünvanınızın sübutu, maliyyə vəsaiti mənbələri və/və ya sərvət mənbəyinizi təqdim etməyənə qədər hesabınızın fəaliyyətini dayandıra bilərik.1.9 "Öz müştərini tanı" sənədlərinizdən hər hansı birinin etibarlılıq müddəti başa çatarsa, bizim əlavə etibarlılıq müddəti bitməmiş "Öz müştərini tanı" sənədlərini tələb etmək hüququmuz var.2 Siz "Öz müştərini tanı" proseduru və hər hansı digər yoxlamalar üçün məlumatlarınızın üçüncü şəxslərə açıqlanmasına icazə verməyə razılaşırsınız.2.1 Bizə təqdim etdiyiniz məlumatların düzgünlüyünü müəyyən etmək üçün sizdən başqa sənədlər də tələb oluna bilər. Şəxsiyyətinizi təsdiqləmək üçün, adətən, bizə aşağıdakı sənədləri və ya yükləmələri təqdim etməyiniz tələb olunur:
- Selfi
- Pasport, sürücülük vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi kimi etibarlı, etibarlılıq müddəti bitməmiş, dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin aydın, rəngli surəti2.2 Yaşayış ünvanınızı özündə əks etdirən rəsmi sənəd olan ünvan sübutu. Məqbul sənədlərə bank çıxarışınızın surəti, elektrik enerjisindən istifadə qəbzi, su və ya qazdan istifadə qəbzləri, bələdiyyə vergisi, vergi məktubu, stasionar telefon qəbzləri, televiziya xidmətləri qəbzləri, ev internetindən istifadə qəbzləri və ya yerli hakimiyyət orqanlarının tullantıların atılmasına dair qəbzləri daxil ola bilər. Fakturada S.A.A. və ünvanınız göstərilməlidir. Qeyd etmək lazımdır ki, kommunal ödənişlər qəbz son 6 ayı əhatə etməli və qəbzdəki təfərrüatlar bizdə hesab açarkən təqdim etdiyiniz şəxsi məlumatlara uyğun olmalıdır.2.3 Müvafiq qaydalara uyğun olaraq, biz öz mülahizəmiz çərçivəsində şəxsiyyətin təsdiqlənməsi prosesi başa çatmazdan əvvəl sizin üçün hesab aça bilərik.2.4 Sizi müştərimiz kimi qəbul etməyimiz və xidmətlərimizdən istifadə etməyə icazə verməyimiz üçün müştəri qəbulu prosedurumuza uyğun olaraq bizə tələb olunan bütün məlumat və sənədləri tam şəkildə təqdim etməyinizin vacib olduğunu təsdiqləyirsiniz. Bundan əlavə, biz müvafiq qaydalara əməl olunduğunu təmin etmək üçün bütün zəruri daxili yoxlamaları tamamlamalıyıq.2.5 Bizdə hesab açmaq üçün müraciətinizi qəbul edib-etməmək barədə qərar verməklə bağlı mütləq ixtiyarımızdan istifadə etmək hüququmuzu özümüzdə saxlayırıq. Müraciətinizi rədd etmək qərarımıza görə heç bir səbəb göstərməyə borclu deyilik. - Çirkli pulların yuyulması2.1 Siz MBC-dən çirkli pulların yuyulması məqsədilə istifadə etməməlisiniz.2.2 Cinayət əməlinin nəticəsi olan vəsaitlər qəbul edilmir.2.3 Biz şübhəli əməliyyatlarla bağlı hər hansı müvafiq orqanlara məlumat verəcəyik.2.4 Bizim şübhəli pulların yuyulmasının baş verdiyi istənilən hesabın fəaliyyətini dayandırmaq, əngəlləmək və ya ləğv etmək hüququmuz var.2.5 Çirkli pulların yuyulmasının qarşısını almaq üçün bütün əməliyyatları yoxlamaq hüququmuz var.
- Fırıldaqçılıq3.1 Hesabınızdakı vəsaiti əngəlləmək və ya tutmaq, və/və ya hesabınızın fəaliyyətini dayandırmaq və ya bağlamaq və/və ya aşağıdakı hallardan biri və ya bir neçəsinin baş verdiyini bilsək və ya buna inanmaq üçün əsasımız olsa, depozit, vəsaitin çıxarılması və ya vəsaitinizin geri qaytarılması ilə bağlı hər hansı sorğunu ləğv etmək hüququna malikik:3.2 Hesabınız saxta və ya uydurma adla açılıb.3.3 Siz saxta və ya təhrif olunmuş sənəd(lər) təqdim etmisiniz.3.4 Birdən çox MBC hesabı açmısınız.3.5 Fırıldaqçılığa qarşı yoxlamalar aparmaq üçün təqdim etdiyiniz şəxsi məlumatlardan istifadə edə bilərik.3.6 Təqdim etdiyiniz şəxsi məlumatlar şəxsiyyətin yoxlanılması, kredit arayışı və ya bu məlumatların qeydiyyatını apara bilən fırıldaqçılıqla mübarizə orqanına açıqlana bilər.3.7 Siz bizə ən son, dəqiq və tam məlumat verməlisiniz; əks halda, bizə təqdim etdiyiniz və yeni, dəqiq və ya tam kimi görünməyən hər hansı məlumatı rədd etmək və ya təqdim olunan hər hansı təfərrüatlara düzəliş etməyinizi və ya onları təsdiqləməyinizi tələb edə bilərik.3.8 Şərtlərə əməl etdiyinizi yoxlamaq üçün sizdən məlumat istəmək hüququmuz var. Məlumatların təqdim edilməsi ilə bağlı əsaslandırılmış sorğumuza əməl etməsəniz, hesabınızı bağlaya, əngəlləyə və ya fəaliyyətini dayandıra bilərik.3.9 MBC-dən istifadənizlə bağlı telefon danışıqlarınız və/və ya elektron yazışmalarınız yazıla bilər. Bu yazılar bizim Təhlükəsizlik və məxfilik siyasətimizə uyğun olaraq fırıldaqçılığa qarşı mübarizə məqsədləri üçün istifadə edilə bilər.
Təminat və zəmanətlər
- Siz təsdiq edirsiniz ki, bizə hər hansı lazımi hüquqlar və lisenziyalar vermək və bu Biznes Şərtləri çərçivəsində bütün öhdəlikləri yerinə yetirmək üçün hər hansı tələb olunan hüquq, vəzifə və səlahiyyətlərə maliksiniz və lazım gəldikdə onlardan istifadə edəcəksiniz.
- Siz bizdən asılı olmadığınızı və Şərtlərimizi qəbul etməyimizin heç bir şəkildə aramızda hər hansı tərəfdaşlıq, birgə müəssisə, agentlik, franşiza, satış nümayəndəliyi və ya əmək münasibəti yaratmayacağını qəbul edirsiniz. Adımızdan hər hansı təklif və ya təminat vermək və ya qəbul etmək səlahiyyətiniz olmayacaq. İstər vebsaytınızda, istərsə də başqa şəkildə bu müddəada göstərilən hər hansı bir şeyə əsaslı şəkildə zidd olan heç bir məlumat verməməlisiniz.
- Siz başa düşürsünüz ki, sizinlə aramızda olan münasibət müstəsna deyil və biz hər hansı digər tərəflərlə oxşar münasibətlər qura bilərik.
- Siz təsdiq edirsiniz ki, vebsayt(lar)ınızda və ya promo-aksiya materiallarınızda böhtan, pornoqrafik, qanunsuz, zərərli, hədələyici, ədəbsiz, narahatverici, irqi, etnik və ya başqa şəkildə etiraz doğuran, ayrı-seçkilik yaradan, zorakı, siyasi cəhətdən məxfi sayılan, yaxud hər hansı üçüncü şəxsin hüquqlarını pozan (məsələn, hər hansı şəxs və ya qurumun müəlliflik hüququ, patent, əmtəə nişanı, məxfilik, reklam və ya digər mülkiyyət hüquqları) hər hansı material olmamalıdır.
- Siz zəmanət verirsiniz ki, bu Şərtlərdə nəzərdə tutulmuş qaydada və vaxtlarda Şərtlər üzrə hər hansı öhdəliklərinizi yerinə yetirməyinizə əsaslı şəkildə mane olacaq və ya əngəl yaradacaq heç nə barədə məlumatlı deyilsiniz.
- Qeydiyyat zamanı bizə təqdim etdiyiniz bütün məlumatların doğru, düzgün olduğuna və aldadıcı olmadığına zəmanət verirsiniz.
- Biz vebsaytımızı "olduğu kimi" və "mövcud olduğu kimi" təmin edirik və vebsaytımızın xətasız olacağına, hər hansı xətaların düzəldiləcəyinə və ya vebsaytımızın hakerlər, yaxud nəzarətimizdən kənar yaranan hər hansı digər zərərli komponentlər kimi üçüncü şəxsin müdaxilələrinə məruz qalmayacağına zəmanət vermirik.
- Vebsaytımızın fasiləsiz olaraq fəaliyyət göstərəcəyinə və ya xətasız xidmət göstəriləcəyinə dair heç bir bəyanat vermirik. Biz hər hansı belə xətaların və ya kəsilmələrin nəticələrinə görə məsuliyyət daşımayacağıq.
Kompensasiya və məsuliyyət
- Sizin və ya işçilərinizdən hər hansı birinin Şərtlər üzrə öhdəliklərinizi və ya zəmanətlərinizi pozması, yerinə yetirməməsi və ya əməl etməməsi nəticəsində Siz bizə dəymiş ziyanı ödəməli və hər hansı yaxud bütün itki, tələb, iddia, zərər, xərc və məsrəflər (məsələn, sonrakı itkilər, mənfəət itkisi və müvafiq hallarda əsaslı hüquqi xərclər), habelə bizim birbaşa və ya dolayısı ilə məruz qala biləcəyimiz öhdəliklərə görə məsuliyyəti siz daşımalısınız.
- Şərtlərə və ya tətbiq olunan hər hansı qanunvericiliyə əsasən bizim üçün mövcud olan hər hansı digər hüquq və ya vasitəyə əlavə olaraq, Şərtlərdə göstərilən hər hansı müddəanı pozduğunuzdan xəbər tutsaq, vəziyyətə uyğun olaraq səlahiyyətlərinizi dərhal ləğv etmək hüququmuz olacaq. Bununla siz bizə qarşı hər hansı hüquq və iddialarınızdan tamamilə və dönməz şəkildə imtina edir və sizə qarşı hər hansı belə bir tədbir görsək, bizi, şirkətlər qrupunun hər hansı bir üzvü, direktorlarımız, məsul işçilərimiz, ortaqlarımız, işçilərimiz və ya vebsaytlarımızı hər hansı belə məsuliyyətdən sığortalayırsınız.
- Siz burada qeyd olunan xidmətlərinizi və digər öhdəliklərinizi öz xərcləriniz və riskiniz hesabına həyata keçirirsiniz. Biz Müqavilə ilə və ya hər hansı başqa şəkildə (səhlənkarlığa görə məsuliyyət də daxil olmaqla) qarşınızda birbaşa və ya dolayı yolla baş verən hər hansı biznes, gəlir və ya mənfəət itkisi, gözlənilən qənaət və ya israf edilmiş xərclər, korrupsiya və ya məlumatların məhv edilməsinə görə və ya Şərtlər üzrə hər hansı öhdəliklərinizi və ya zəmanətlərinizi pozmağınızın, yerinə yetirməməyiniz və ya onlara əməl etməməyinizin nəticəsində yaranan hər hansı dolayı və ya sonrakı itkilərə görə məsuliyyət daşımayacağıq.
- Vebsayt(lar)ınızın və vebsayt(lar)ınızda görünən və ya digər vebsaytlara yerləşdirdiyiniz bütün materiallara görə məsuliyyəti yalnız siz daşıyacaqsınız. Vebsayt(lar)ınızın işlənilib hazırlanması, işlədilməsi, saxlanılması və məzmunu ilə bağlı və ya digər vebsaytlara yerləşdirdiyiniz bütün iddialardan, zərərlərdən və məsrəflərdən (hər hansı məhdudiyyət qoyulmadan vəkil haqları daxil olmaqla) bizi kompensasiya edəcək və zərərsiz saxlayacaqsınız.
- Saxtakarlığınız, fəaliyyətsizliyiniz, səhlənkarlığınız, yanlış davranışınız, yanlış təqdimatınız və ya qəsdən öhdəlikləri yerinə yetirməməyiniz nəticəsində və ya Şərtləri hər hansı başqa şəkildə pozmağınız nəticəsində heç bir müştəri qarşısında məsuliyyət daşımayacağıq.
Hüquq və öhdəliklər
- Müraciətiniz təsdiqlənərsə, sizi bu barədə məlumatlandıracağıq. Qərarımız qətidir və onunla bağlı heç bir şikayət edilə bilməz.
- Siz fəaliyyət göstərdiyiniz və ya biznesi hədəflədiyiniz yurisdiksiyaların hər hansı müvafiq qanunlarına, qaydalarına və qaydalarına (o cümlədən reklam, məlumatların qorunması və məxfilik qanunları, qaydaları və normativ-hüquqi aktları, lakin bununla məhdudlaşmayaraq) riayət etməlisiniz.
- Əməliyyatlarınız və səriştənizlə bağlı hər hansı məlumat və sənəd tələb etsək, siz onları bizə təqdim etməlisiniz.
- Qeydiyyat zamanı təqdim etdiyiniz məlumat istənilən vaxt hər hansı şəkildə dəyişərsə, siz bununla bağlı ən qısa zamanda bizə e-məktub göndərməklə məlumat verməlisiniz.
- Hər hansı səbəbdən, o cümlədən, lakin bununla məhdudlaşmadan, icazə, bilik, ekspertiza, təcrübə və vaxt çatışmamazlığı varsa, siz Şərtlərdə qeyd olunan hər hansı qüvvədə olan vəzifə və öhdəlikləri daha səlahiyyətli, səriştəli, bacarıqlı, adekvat və ya peşəkar şəkildə yerinə yetirə bilmirsinizsə, dərhal bizə bu barədə məlumat verməlisiniz.
- Xidmətlərimizə istinad etmək istədiyiniz hər hansı vebsayta maliksinizsə və ya idarə edirsinizsə, bunu bizim əvvəlcədən yazılı razılığımızla və Əqli mülkiyyət hüquqlarımıza uyğun olaraq edəcəksiniz.
- Siz MBC-ə təqdim etdiyiniz heç bir müştərini depozit qoymaq üçün hər hansı formada kredit götürməyə təşviq etməməlisiniz.
- Siz heç vaxt əvvəlcədən yazılı razılığımız olmadan bizə və bizimlə münasibətinizə aid olan hər hansı məzmun hazırlamamalı və ya dərc etməməli, yaxud reklam yerləşdirməməlisiniz.
- Siz əvvəlcədən yazılı razılığımız olmadan heç vaxt marketinq materialımızın hamısına və ya hər hansı bir hissəsinə düzəliş etməməli və ya onu dəyişdirməməlisiniz.
- Biz Şərtlər üzrə hüquqlarımızın hər hansı birini və ya hamısını üçüncü şəxsə ötürə bilərik.
- Siz əvvəlcədən yazılı razılığımız olmadan Şərtlər üzrə hüquqlarınızın heç birini və ya hamısını üçüncü şəxsə ötürə bilməzsiniz.
- Məhsullarımız və xidmətlərimizlə bağlı müştərilərinizə təqdim etdiyiniz hər hansı əvvəlki ödəniş qeydləri, icra səmərəliliyi göstəriciləri və hər hansı digər təqdimatların düzgün olduğuna və aldadıcı olmadığından əmin olmalısınız.
- Siz müştərilərinizin adından mərc yerləşdirməməlisiniz.
- Siz müştərilərinizi tam və ya qismən, açıq və ya nəzərdə tutulan komissiya haqlarınızı artırmaq məqsədi ilə depozit etməyə və ya mərc yerləşdirməyə təşviq etməməlisiniz.
- Sizi müştərilərinizin əlaqə nöqtəsi olmağa həvəsləndirsək də, siz heç vaxt müştərilərinizi idarə etməyə çalışmamalısınız.
- Birbaşa müştərimiz olmağınıza icazə verilmir.
- Nə birbaşa qohumlarınız, nə də idarə etdiyiniz müştərilər bizim müştərilərimiz olmaq hüququna malik deyillər və belə qohumlarınız, yaxud idarə etdiyiniz müştərilərlə bağlı bizdən hər hansı xalis gəlir payı və ya hər hansı digər mükafat almaq hüququnuz olmayacaq.
- Siz heç vaxt biz, siz və ya tərəfdaşlarınızdan hər hansı birinin müştərinin mənfəətinə zəmanət verəcəyini və ya hər hansı müştərinin itkisini məhdudlaşdıracağını bildirməməlisiniz.
Ödənişlər
- Siz Biznes Şərtlərinə uyğun olaraq aldığınız komissiya haqqının Biznes Şərtləri üzrə öhdəliklərinizi tam şəkildə kompensasiya etdiyini qəbul edirsiniz.
- Öz vergi, rüsum, komissiya haqqı və ya digər hökumət rüsum və ya xərclərinizin ödənilməsinə cavabdehsiniz. Bu Şərtlərdən hər hansı biri ilə əlaqədar sizə ödədiyimiz rüsumlara hər hansı bu cür vergi, rüsum, komissiya haqqı və ya yığımlar daxil deyil.
- Müştərilərinizə komissiya haqqı ödənişinizin hər hansı bir hissəsini geri qaytarmağa icazəniz yoxdur və bu kimi fəaliyyətlərdə iştirak etdiyinizi aşkarlasaq, hesabınız dərhal ləğv ediləcək.
- Qanun və ya bu Şərtlərdən hər hansı birini pozduğunuza şübhəmiz yaranması daxil olmaqla, müəyyən hallarda sizə hər hansı komissiya haqqının ödənilməsini ləğv etmək, təxirə salmaq və ya sizə ödəniş etməkdən imtina etmək hüququna malikik.
- Komissiya haqqının strukturunu istənilən vaxt öz mülahizəmizə görə dəyişə bilərik. Komissiya haqqının strukturuna edilən dəyişikliklərlə bağlı sizi xəbərdar etməyə çalışırıq.
- Komissiya haqqı ödənişləriniz yalnız həqiqi müştərilərə ödəniləcək və biz öz mülahizəmizə əsasən, həqiqi müştərilərə aid olmadığını gördüyümüz dublikat hesablara və ya nominasiya hesablarına məhəl qoymamaq hüququna malikik.
- Sistemlərimizi və işimizi bizim üçün hər hansı bir mənfi, xüsusi, təsadüfi, cərimə və ya dolayı itkilərə səbəb olan şəkildə manipulyasiya etməklə məşğul olsanız, öz mülahizəmizə uyğun olaraq:7.1 Sizə hər hansı komissiya haqqı ödəməkdən imtina edə,7.2 Tərəfimizdən sizə ödənilən və ya ödənilməli olan hər hansı komissiya haqqını hesablarınızdan hər hansı birində saxladığınız məbləğlə əvəzləyə bilərik
- Komissiya haqqınızın hesablanmasında səhv olarsa, biz istənilən vaxt belə hesablamaya düzəliş etmək və sizə etdiyimiz hər hansı artıq ödənişi geri tələb etmək hüququna malikik.
Məxfilik
- Siz təsdiqləyirsiniz ki, Şərtlərə uyğun olaraq işin gedişatı zamanı siz şirkətimiz, subsidiarlarımız, tərədaşlarımız, müştərilərimiz və ya digər üçüncü şəxslərlə bağlı məlumat ("Məxfi Məlumat") əldə edə bilərsiniz. Siz müştərinin kimliyi, maliyyə vəziyyəti, əməliyyatlarının icrası, eləcə də biznes planlarımız, ideya, konsepsiya, format, təklif, nailiyyət, razılaşma, proqram və texnikalarımız, metodologiya, istehsal sirləri və avadanlığımızla bağlı bütün məlumatları məxfi hesab etməlisiniz.
- Bizim sorğumuz olmadan şəxsi istifadə və ya yaymaq üçün hər hansı Məxfi Məlumatın və ya Məxfi Məlumata əsaslanan hər hansı məzmunun surətlərini çıxarmaq hüququnuz yoxdur.
- Məxfi Məlumat sizinlə aramızda bağlanan Şərtlərə əsasən qurulan işgüzar münasibətlərə xitam verildikdən sonra belə məxfi qalmalıdır.
- Siz bütün əməkdaşlarınızdan, işçilərinizdən və agentlərinizdən Şərtlərə əsasən icazə verilən hallar istisna olmaqla, hər hansı Məxfi Məlumatı heç bir məqsəd üçün açıqlamamağı və ya kopyalamamağı tələb etməlisiniz.
- Məxfi kommersiya məlumatlarını rəqiblərimizlə bölüşməməlisiniz.
- Əgər sizinlə aramızda olan münasibətə xitam verilərsə, biznesimizlə bağlı əlinizdə olan hər hansı sənədləri dərhal bizə qaytarmalısınız.
Xitamvermə
- Xitamvermədən 7 gün əvvəl sizə bildiriş göndərməklə bu işgüzar münasibətlərə istənilən vaxt xitam verə bilərik.
- Şərtləri hər hansı yolla nəzərəçarpacaq şəkildə pozsanız, sizinlə dərhal və xəbərdarlıq etmədən işgüzar münasibətlərimizə xitam vermək hüququmuz var.
- Fəaliyyət göstərdiyiniz və ya biznesi hədəflədiyiniz yurisdiksiyanın (yurisdiksiyaların) hər hansı tənzimləyici orqanının səlahiyyəti altında tətbiq olunan marketinq, reklam və promo-aksiya fəaliyyətləri ilə bağlı qanun, qayda və hüquqi-normativ aktlara və ya peşəkar etika kodeksina əməl etmirsinizsə, bizim sizinlə işgüzar münasibətlərimizi dayandırmaqla bağlı hər bir hüququmuz var.
- Siz dələduzluq etsəniz və ya bu işgüzar münasibətdən hər hansı şəkildə sui-istifadə etsəniz, biz sizinlə işgüzar əlaqələrimizi dərhal və sizə xəbərdarlıq etmədən dayandırmaq hüququna malikik. Bu cür saxtakarlıq və ya sui-istifadə aşkar edilərsə, biz hər hansı saxta satış və ya sui-istifadə xarakterli hər hansı satış üçün heç bir komissiya haqqına görə qarşınızda cavabdehlik daşımırıq.
- Sizinlə aramızda olan işgüzar münasibətlərə xitam verilməsi xitamvermə günü və ya ondan əvvəl yarana biləcək hüquqlarımızı pozmamalıdır.
- Xitamvermədən sonra bizə qarşı heç bir iddianızın olmadığını və xitamdan irəli gələn hər hansı kompensasiya və ya iddia hüququnuzun olmadığını qəbul edirsiniz.
- Xitamvermə Şərtlərin hər hansı şəkildə pozulmasını ləğv etməyəcək və Şərtlər üzrə öhdəliklərinizin hər hansı şəkildə pozulmasına görə sizi məsuliyyətdən azad etməyəcək.s
Əqli mülkiyyət hüquqları
- Biz MBC vebsaytı və məhsulları (bütün proqram təminatı, konsepsiyalar, metodologiyalar, texnikalar, modellər, şablonlar, alqoritmlər, ticarət sirləri, proseslər, məlumat, materiallar, mənbə kodları, struktur, ardıcıllıq, təşkilat, təsvirlər, mətn, qrafika, illüstrasiyalar, verilənlər və onlarla bağlı istehsal sirləri, bütün modifikasiyalar, dəyişikliklər, yeniləmələr, yeniləşdirmələr və təkmilləşdirmələr, bununla bağlı bütün sənədlər və təlimatlar, belə texnologiya və ya məhsulun bütün digər aspektləri daxil olmaqla, lakin bununla məhdudlaşmadan), yaxud onların törəmələri, "MBC" adı və ya onun törəmə məhsulları və bizim sahib olduğumuz və ya nəzarət etdiyimiz və vebsaytımız vasitəsilə və ya başqa şəkildə sizə təqdim etdiyimiz hər hansı digər adlar, loqolar və bütün əlaqəli məhsul və xidmət adları, dizayn nişanları və şüarlar, əmtəə nişanları (qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq) daxil olmaqla, lakin bununla məhdudlaşmadan MBC biznesləri, məlumat, texnologiya və digər mülkiyyət materialları üzərində bütün əqli mülkiyyət hüquqlarına sahibik.
- Bu cür materialların qeyri-kommersiya məqsədləri üçün surətinin çıxarılmasına və yayılmasına yalnız bizim birbaşa yazılı icazəmizlə, materialın hər bir surətinin toxunulmaz qalması şərti ilə məhdud şəkildə icazə verilir.
- Bu cür materialların kommersiya məqsədləri üçün və ya hər hansı bir kompensasiya üçün surətinin çıxarılması və ya yenidən yayılması üçün siz: (a) əvvəlcədən yazılı icazəmizi almalı və (b) bütün surətlərdə aşağıdakı bildirişin aydın görünən yerdə olduğundan əmin olmalısınız: "Müəlliflik hüququ MBC. Bütün hüquqlar qorunur".